Ərdoğan: "Qarşıdakı həftələrdə Azərbaycana səfər edəcəyəm"
Xarici siyasət
- 01 oktyabr, 2021
- 11:30
“Qarşıdakı həftələrdə yenə Azərbaycanda olacağıq”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisinin növbəti qanunvericilik ilinin açılışında deyib.
“Keçən il Türkiyə Böyük Millət Məclisinin növbəti qanunvericilik ilinin açılışında Vətən müharibəsi aparan azərbaycanlı qardaşlarımıza dualarımızı çatdırmışdıq. Çox şükür, 44 gün davam edən çətin mübarizə Azərbaycanın zəfəri ilə başa çatdı. Beləliklə, 30 ilə yaxın işğal altında olan Qarabağ və Azərbaycanın digər torpaqları işğaldan azad edildi. Biz də Bakı və Şuşanı ziyarət edərək azərbaycanlı qardaşlarımızın sevincinə ortaq olduq. İnşallah, qarşıdakı həftələrdə azərbaycanlı qardaşlarımızla yenə bir araya gələcəyik”, - o vurğulayıb.
Son xəbərlər
05:21
OpenAI ən güclü süni intellekt modellərinin təlimini müvəqqəti dayandırıb
İKT04:48
Avropa İttifaqı Afrikada əhaliyə 710 milyon avro ayıracaq
Digər ölkələr04:15
Boeing 737 MAX təyyarələrinin proqram təminatında nasazlıq aşkarlanıb
Digər ölkələr03:52
ABŞ və Çin $30 milyard məbləğində tariflərin qarşılıqlı azaldılması barədə razılaşıb
Digər ölkələr03:17
Azərbaycan Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir
Xarici siyasət02:51
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
Digər ölkələr02:16
Türkiyə "S-400"ləri başqa ölkəyə vermək üçün danışıqları davam etdirir
Region01:39
İrana qayıdan Pezeşkian ABŞ səfəri ilə bağlı açıqlama verib
Region01:21