Elmar Məmmədyarov Tbilisidə gürcüstanlı həmkarı ilə görüşüb

Elmar Məmmədyarov Tbilisidə gürcüstanlı həmkarı ilə görüşüb Görüşdə iki ölkə arasında ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əməkdaşlığın perspektivləri müzakirə olunub
Xarici siyasət
8 Oktyabr , 2017 11:23
Elmar Məmmədyarov Tbilisidə gürcüstanlı həmkarı ilə görüşüb
Foto: Report.az

Tbilisi. 8 oktyabr. REPORT.AZ/ Tbilisidə səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 8-də Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze ilə görüşüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli və beynəlxalq təşkilatlar daxilində, eləcə də GUAM çərçivəsində əməkdaşlığın perspektivləri, GUAM-ın fəaliyyətinin səmərəliliyinin artırılması, regional təhlükəsizlik, regional enerji layihələri və s. məsələlər müzakirə olunub.

M. Canelidze azərbaycanlı həmkarını Gürcüstanda görməkdən məmnun olduğunu bildirib, Azərbaycan ilə Gürcüstan arasındakı əlaqələrin inkişafından razılıqla danışıb. Azərbaycanın GUAM daxilindəki rolunu yüksək qiymətləndirib.

E.Məmmədyarov Gürcüstanın GUAM-ın 20 illik yubileyinin Tbilisidə keçirilməsini yüksək qiymətləndirib, GUAM-ın fəaliyətinin bundan sonra daha da inkişf edəcəyini bildirib.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da iştirak edib.

Son xəbərlər

Orphus sistemi