Ekspert: Ermənistanla Azərbaycan arasında normal münasibətlər nəqliyyat sistemlərinin inkişafı üçün imkanlar yaradacaq

Xarici siyasət
  • 21 yanvar, 2026
  • 15:42
Ekspert: Ermənistanla Azərbaycan arasında normal münasibətlər nəqliyyat sistemlərinin inkişafı üçün imkanlar yaradacaq

Ermənistan ilə Azərbaycan arasında normal münasibətlər formalaşacağı halda yeni, daha səmərəli nəqliyyat sistemlərinin inkişafı üçün əlavə imkanlar yaranacaq.

Bunu "Report"un Türkiyə bürosuna Rize Ayder Forumunda iştirak edən, iqtisadiyyatçı professor, Rusiya Elmlər Akademiyasının Çin və Müasir Asiya İnstitutunun aparıcı elmi işçisi İgor Filkeviç bunu bildirib.

O hesab edir ki, Ermənistan ərazisindən tranzit bir çox ölkələr üçün olduqca sərfəli ola bilər:

"Müvafiq sənədlər imzalanarsa və ən əsası, razılaşmalar real şəkildə həyata keçirilərsə, Ermənistan ilə Azərbaycan arasında dostluq münasibətləri yarana bilər. Düşünürəm ki, zaman keçdikcə, təxminən 5 il ərzində bu münasibətlər normallaşacaq və nəqliyyat-logistika sahəsində səmərəlilik əhəmiyyətli dərəcədə artacaq. Çünki əsas məsələ hər zaman xalqlar arasında dostluğun inkişafıdır və bu, davamlı olmalıdır".

Son xəbərlər

Bütün Xəbər Lenti