Deputat: "Latviya Azərbaycana Qarabağın bərpasında yardım edə bilər" - EKSKLÜZİV

Deputat: "Latviya Azərbaycana Qarabağın bərpasında yardım edə bilər" - EKSKLÜZİV “Birinci istiqamət, texnologiyalar, rabitə və genişzolaqlı internetdir"
Xarici siyasət
236
20 May , 2021 09:30
Deputat: Latviya Azərbaycana Qarabağın bərpasında yardım edə bilər - EKSKLÜZİV
Armands Krauze

"Latviya Azərbaycana azad edilmiş torpaqların bərpası məsələsində kömək edə bilər".

Bu barədə “Report”un Şərqi Avropa bürosuna Latviya Seyminin deputatı Armands Krauze bildirib.

O deyib ki, bu məsələ ilə bağlı əməkdaşlıq üç əsas istiqamət üzrə inkişaf edə bilər: “Birinci istiqamət, texnologiyalar, rabitə və genişzolaqlı internetdir. Latviyada yalnız şəhərlərdə deyil, əksər kənd yerlərində də çox müasir və sürətli internet şəbəkəsi mövcuddur. “MicroTik” və digərləri kimi texnologiya şirkətlərimiz var. İkinci istiqamət inşaatdır, çünki Latviya şirkətləri artıq müxtəlif ölkələrdə müxtəlif təmir-bərpa layihələrində iştirak ediblər”.

Onun sözlərinə görə, üçüncü istiqamət meşə təsərrüfatı və meşələrin bərpasıdır: "Hazırda Azərbaycanda meşələrin ümumi sahəsi ölkə ərazisinin cəmi 11 faizini təşkil edir, lakin tarixən meşə sahələri daha böyük olub. Kömək edə bilərik, çünki Latviyada meşə təsərrüfatı çox yüksək səviyyədədir. Meşə sahələri Latviyanın ümumi ərazisinin 53 faizini təşkil edir, hərçənd 20-ci əsrdə təxminən 27 faiz təşkil edirdi. Meşə bərpası dünyanın bütün ölkələri üçün vacibdir, çünki iqlim dəyişikliyinin təsirlərini yumşaldır”.

İkinci Qarabağ müharibəsindən sonra bölgədə kommunikasiyaların açılması məsələsini şərh edən A.Krauze bunun nəqliyyat və logistikanın yaxşılaşdırılması üçün çox vacib olacağını qeyd edib: “Hazırda məhz mürəkkəb logistika ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələrini mürəkkəbləşdirir, çünki malların çatdırılması üçün daha qısa, daha ucuz və daha sürətli yolları seçə bilmirik”.

Son xəbərlər

Orphus sistemi