Ceyhun Bayramov hərbi helikopter qəzası ilə bağlı Türkiyəyə başsağlığı verib

Ceyhun Bayramov hərbi helikopter qəzası ilə bağlı Türkiyəyə başsağlığı verib Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin İsparta şəhərində baş verən helikopter qəzası ilə bağlı başsağlığı verib.
Xarici siyasət
9 Dekabr , 2024 17:03
 Ceyhun Bayramov hərbi helikopter qəzası ilə bağlı Türkiyəyə başsağlığı verib

Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin İsparta şəhərində baş verən helikopter qəzası ilə bağlı başsağlığı verib.

"Report" xəbər verir ki, bu barədə XİN başçısı "X"də yazıb.

"Qardaş Türkiyənin İsparta şəhərində hərbi helikopterin qəzaya uğraması xəbərini dərin kədər hissi ilə qarşıladıq. Bu faciəli hadisədə itirdiyimiz şəhidlərimizə Allahdan rəhmət, həlak olanların ailələrinə başsağlığı və səbr diləyirik".

Qeyd edək ki, Türkiyənin İsparta şəhərində hərbi helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində altı nəfər həlak olub. Helikopterdə şəhid olan hərbçilərdən biri İsparta Quru Aviasiya Məktəbinin komandiri general-mayor İsa Baydillidir.

Son xəbərlər

Orphus sistemi