Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesinin hazırkı vəziyyətindən danışıb - YENİLƏNİB

Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesinin hazırkı vəziyyətindən danışıb - YENİLƏNİB Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Lüksemburq Böyük Hersoqluğunun xarici işlər və xarici ticarət naziri Xavier Bettellə görüşüb.
Xarici siyasət
24 Sentyabr , 2024 03:35
Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesinin hazırkı vəziyyətindən danışıb - YENİLƏNİB

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Lüksemburq Böyük Hersoqluğunun xarici işlər və xarici ticarət naziri Xavier Bettel ilə görüşüb.

Bu barədə "Report"a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə, Azərbaycan və Lüksemburq arasında ikitərəfli əlaqələrin perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin gedişatı və mövcud problemlər barədə məlumat verib.

Ermənistan Konstitusiyasında Azərbaycana qarşı davam edən ərazi iddialarının sülh əldə edilməsinə əsas maneə olduğu vurğulanıb.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyimiz çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq üçün mövcud perspektivlərdən istifadənin vacibliyi qeyd olunub.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

23.09.2024.23:08

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Lüksemburq Böyük Hersoqluğunun xarici işlər və xarici ticarət naziri Xavier Bettellə görüşüb.

"Report" xəbər verir ki, bu barədə XİN-in rəsmi "X" hesabında paylaşım edilib.

Tərəflər iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

C.Bayramov Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyət və regiondakı reallıqlar, o cümlədən Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesinin hazırkı vəziyyəti barədə də məlumat verib.

Son xəbərlər

Orphus sistemi