Ceyhun Bayramov: “Azərbaycan Laçın yoluna nəzarət üçün müvafiq addımlar atıb”

Ceyhun Bayramov: “Azərbaycan Laçın yoluna nəzarət üçün müvafiq addımlar atıb” “Azərbaycan Laçın yolunda şəffaf nəzarət mexanizmini təmin etmək üçün müvafiq addımlar atıb”.
Xarici siyasət
27 Aprel , 2023 13:59
Ceyhun Bayramov: “Azərbaycan Laçın yoluna nəzarət üçün müvafiq addımlar atıb”
Ceyhun Bayramov

“Azərbaycan Laçın yolunda şəffaf nəzarət mexanizmini təmin etmək üçün müvafiq addımlar atıb”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu gün Laçın yolu açıqdır və istifadə oluna bilər.

“Biz bu gün Laçın yolundakı durumu da müzakirə etdik. Bu məsələ ayrılıqda götürülə bilməz, ümumi bir məsələnin komponentidir. Mən xanım Kolonnanı ermənilərin qanunsuz əməlləri barədə məlumatlandırdım. Laçın yolundan sui-istifadə hallarının ən ağrılı nəticəsi Ermənistandan Azərbaycan ərazisinə minaların daşınmasıdır. Təəssüf ki, mina qurbanlarının sayı ilə bağlı rəqəmlər, demək olar, hər həftə artır”, - XİN başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi