Böyük Britaniya Azərbaycanda minalarla mübarizəni dəstəkləməkdə davam edir.
“Report” xəbər verir ki, bu barədə Böyük Britaniya səfirliyi tviter səhifəsində paylaşım edib.
“Britaniya Müdafiə Nazirliyinin nümayəndələri “Intelligence-Sec” şirkətinin Bakıda keçirdiyi minatəmizləmə fəaliyyəti və partlamamış hərbi sursatlardan müdafiə mövzusuna həsr olunmuş seminarda dəvət olunmuş məruzəçi qismində çıxış ediblər”, - paylaşımda deyilir.
Səfirlik həmçinin vurğulayıb ki, Böyük Britaniya Azərbaycanda minalarla mübarizəni dəstəkləmək üzrə öhdəliklərini yerinə yetirməkdə davam edir.
Representatives of Ministry of Defence were delighted to be guest speakers at the Intelligence-Sec organised seminar on mine action and explosive ordnance in Baku.