BMTM-in şöbə müdiri: Fransanın Ermənistanı silahlandırma kampaniyası beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradır

BMTM-in şöbə müdiri: Fransanın Ermənistanı silahlandırma kampaniyası beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradır Fransa tərəfindən həyata keçirilən Ermənistanı silahlandırma kampaniyası regionla yanaşı, bütöv beynəlxalq təhlükəsizlik arxitekturası üçün ciddi təhdid yaradır.
Xarici siyasət
2 Sentyabr , 2024 16:53
BMTM-in şöbə müdiri: Fransanın Ermənistanı silahlandırma kampaniyası beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradır

Fransa tərəfindən həyata keçirilən Ermənistanı silahlandırma kampaniyası regionla yanaşı, bütöv beynəlxalq təhlükəsizlik arxitekturası üçün ciddi təhdid yaradır.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Vasif Hüseynov BMTM-də Malayziyanın Parlament Senatının Prezidentinin müavini Nur Jazlan Bin Mohamedin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

V.Hüseynov mərkəzin fəaliyyəti və strategiyaları barədə qonaqlara məlumat verib. O, beynəlxalq münasibətlərin hazırkı kompleks xarakterinə toxunaraq bildirib ki, Azərbaycan ənənəvi olaraq çoxtərəfliliyə sadiq olub və xarici siyasətində balanslı yanaşmalar sərgiləyib: "Azərbaycan, həmçinin Malayziyanın da xarici siyasət baxışında əks olunan regional məsələlərə kənar qüvvələrin cəlb olunmaması yanaşmasını müdafiə edir".

Ermənistanın silahlandırılması ilə bağlı da danışan BMTM-in şöbə müdiri vurğulayıb ki, Fransa Ermənistan-Azərbaycan münasibətlərindən Rusiya əleyhinə alət kimi istifadə etməyə çalışır.

Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycan və Malayziya arasında məhsuldar əməkdaşlığa da toxunan V.Hüseynov Azərbaycanın qurumun institusionallaşması istiqamətindəki töhfələrinə də diqqət çəkib.

O, həmçinin Azərbaycanın Qarabağda reallaşdırdığı yenidənqurma və bərpa işləri barədə məlumat verib.

Azərbaycana daha əvvəlki səfərlərini xatırladan Senat Prezidentinin müavini Nur Jazlan Bin Mohamed isə Qarabağda aparılan irimiqyaslı infrastruktur layihələri barədə müsbət təəssüratlarını bölüşüb. Malayziyanın Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə əlaqələrini intensivləşdirməkdə maraqlı olduğunu vurğulayan Nur Jazlan Bin Mohamed bu məsələdə parlamentlərarası əlaqələrin xüsusi rol oynamalı olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi