"Air France" Ər-Riyada reysləri dekabrın 12-dək dayandırıb

Digər ölkələr
  • 29 oktyabr, 2026
  • 20:30
Air France Ər-Riyada reysləri dekabrın 12-dək dayandırıb

Fransanın "Air France" aviaşirkəti Yaxın Şərqdə davam edən münaqişə fonunda Ər-Riyada (Səudiyyə Ərəbistanı) öz reyslərinin dayandırılması qərarını dekabrın 12-dək uzadıb.

"Report" xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilib.

"Təhlükəsizlik sahəsində dəyişən vəziyyətlə əlaqədar olaraq Ər-Riyada və geriyə reyslər 2026-cı il dekabrın 12-si də daxil olmaqla dayandırılır", - məlumatda qeyd olunub.

Bundan əlavə, Dubaya və geriyə reyslər noyabrın 7-dək dayandırılmış olaraq qalır.

44 filmi