BMT Baş Assambleyasının prezidenti: Azərbaycan COP29-un təşkili və uğurlu nəticəsini təmin etmək üçün çox çalışır

BMT Baş Assambleyasının prezidenti: Azərbaycan COP29-un təşkili və uğurlu nəticəsini təmin etmək üçün çox çalışır "Azərbaycan hakimiyyəti COP29-u təşkil etmək və onun uğurlu nəticəsini təmin etmək üçün çox çalışırlar. Onlar mənə bildirdilər ki, bu konfransda iqlim dəyişikliyi məsələlərində əhəmiyyətli irəliləyiş əldə edəcəyini gözləyirlər. Bu fərqi görmək üçün səbirs
Xarici siyasət
9 Sentyabr , 2024 21:29
BMT Baş Assambleyasının prezidenti: Azərbaycan COP29-un təşkili və uğurlu nəticəsini təmin etmək üçün çox çalışır

Azərbaycan hökuməti COP29-un təşkili və onun uğurlu nəticəsini təmin etmək üçün çox çalışır və bu konfransdan iqlim dəyişikliyi məsələlərində əhəmiyyətli irəliləyiş əldə edəcəyini gözləyirlər.

Bunu BMT Baş Assambleyasının 78-ci sessiyasının Prezidenti Dennis Frensis BMT-nin Nyu-Yorkdakı qərargah binasında "Report"un ABŞ bürosunun sualına cavabında deyib.

D.Frensis prezidentliyi ərzində Azərbaycanda COP29 komandası ilə görüşdüyünü və hazırlıqları yaxından izlədiyini bildirib.

O əlavə edib ki, COP29-dan ən çox gözlənilən iqlim böhranının qarşısının alınması üçün maliyyə vəsaitlərinin artmasıdır:

"İqlim böhranının həlli narahatedici bir məsələ olaraq qalır. Maliyyə vəsaitləri artırılmalıdır. Biz keçən il COP28-də itki və zərər fondunun yaradılmasını alqışladıq. Bu, həqiqətən düzgün addım idi, bir neçə dövlət, o cümlədən ABŞ, Avropanın bəzi ölkələri və BƏƏ bu fəaliyyətləri dəstəklədi. Aydındır ki, fondun dirçəldilməsinə əhəmiyyətli dərəcədə ehtiyacı var, çünki itkilər və zərərlər ildən-ilə artmaqda davam edir. Biz islahatların aparılması üçün tələb olunan maliyyə vəsaiti olmadan iqlim dəyişikliyi ilə bağlı irəliləyişə nail ola bilmərik".

Son xəbərlər

Orphus sistemi