Beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı İrandan ekstradisiya ediləcək
Xarici siyasət
- 23 oktyabr, 2025
- 18:21
İstintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı İrandan ekstradisiya ediləcək.
"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycan vətəndaşı Hüseynov Ülvi Rafik oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti İranın səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Ülvi Hüseynovun oğurluq cinayət əməli törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilib.
Təqsirləndirilən şəxsin Azərbaycana gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən zəruri tədbirlər görülür.
Son xəbərlər
03:53
Tramp: ABŞ ələ keçirdiyi Venesuela tankerlərinin neftini özündə saxlayacaq
Digər ölkələr03:24
ABŞ lideri Hərbi Dəniz Qüvvələri üçün iki ən böyük gəminin inşası planını açıqlayıb
Digər ölkələr02:56
Hələbdə hökumət qüvvələri mülki şəxsləri təxliyə etməyə çalışır
Digər ölkələr02:42
Niderlandda avtomobil bayram şousunun izləyicilərinə çırpılıb, 9 nəfər xəsarət alıb
Digər ölkələr02:08
Türkiyə sahillərində 62 qanunsuz miqrant saxlanılıb
Region01:49
"Napoli" İtaliya Superkubokunun qalibi olub
Futbol01:36
Maduro: Venesuela suverenliyini müdafiə etməyə hazırdır
Digər ölkələr01:17
Foto
İran Ordusu köhnə helikopterlərdən istifadə edəcək
Region00:55