Bakıda Səudiyyə Ərəbistanı Krallığının yaradılmasının 94-cü ildönümü qeyd olunub

Bakıda Səudiyyə Ərəbistanı Krallığının yaradılmasının 94-cü ildönümü qeyd olunub Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Krallıq elan olunmasının 94-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.
Xarici siyasət
23 Sentyabr , 2024 21:00
Bakıda Səudiyyə Ərəbistanı Krallığının yaradılmasının 94-cü ildönümü qeyd olunub

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Krallıq elan olunmasının 94-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

"Report" xəbər verir ki, qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri və media nümayəndələri iştirak ediblər.

Hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli çıxış edib.

O bildirib ki, hazırda müxtəlif sahələrdə mühüm inkişaf var: “Biz Səudiyyə-Azərbaycan hökumətlərarası Müştərək Komissiyası və Birgə İşgüzar Şurası vasitəsilə ticarət dövriyyəsi həcminin artırılması üzərində çalışırıq. İki ölkə qısa zamanda ticarət dövriyyəsinin həcmini dəfələrlə artıracaq bir çox ortaq imkanlara malikdir”.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

Foto: Samirə Həsənova

Son xəbərlər

Orphus sistemi