Bakıda Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclası keçirilib - YENİLƏNİB

Bakıda Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclası keçirilib - YENİLƏNİB Bakıda fevralın 21-də Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası çərçivəsində qurumun İrcaedici Şurasının iclası keçirilir.
Xarici siyasət
21 Fevral , 2024 18:20
Bakıda Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclası keçirilib - YENİLƏNİB

Bakıda Asiya Parlament Assambleyasının (APA-nın) 14-cü plenar sessiyası çərçivəsində qurumun İcraedici Şurasının iclası keçirilib.

"Report" xəbər verir ki, iclası açan İcraedici Şuranın sədri Abdulkadir Emin Önen məruzə ilə çıxış edib.

O, qurumun keçdiyi yol və qarşıdakı perspektivləri ilə bağlı fikirlərini bölüşüb, APA-nın qlobal problemlərin həllində mühüm platforma rolunu oynadığını diqqətə çatdırıb və Azərbaycanın 2024-2025-ci illər üzrə APA-ya uğurla sədrlik edəcəyinə əminliyini ifadə edib.

İclasda APA Baş katibinin müavini Kia Tabatabaye qurumun ötən dövrdəki fəaliyyəti ilə bağlı hesabatı təqdim edib. APA-nın baş katibi Muhammed Reza Məcidi isə müzakirədə olan qətnamə layihələri üzrə son fikir və təkliflərlə bağlı məlumat verib. Baş katib ev sahibliyinə görə Azərbaycana təşəkkürünü bildirib, ölkəmizin APA-ya müvəffəqiyyətlə sədrlik edəcəyinə şübhə etmədiyini vurğulayıb.

Sonra APA-nın 14-cü Plenar İclasının gündəliyi müzakirə olunub. Tədbirdə İqtisadi və davamlı inkişaf üzrə, Büdcə və planlaşdırma üzrə, Sosial və mədəni məsələlər üzrə, Siyasi məsələlər üzrə daimi komitələr tərəfindən irəli sürülən qərar layihələri nəzərdən keçirilib, təşkilati və digər məsələlərə baxılıb.

İclasda Milli Məclisin APA-dakı nümayəndə heyətinin rəhbəri Əminə Ağazadə, nümayəndə heyətinin üzvləri Aydın Hüseynov, İlham Məmmədov, Anar Məmmədov, APA-ya üzv ölkələrin nümayəndə heyətləri və digər rəsmi şəxslər iştirak ediblər.

14:48

Bakıda fevralın 21-də Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası çərçivəsində qurumun İcraedici Şurasının iclası keçirilir.

"Report"un məlumatına görə, “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunmuş tədbirdə 40-a yaxın dövlətin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edir.

İclasın gündəliyinə APA-nın Bürosunun seçilməsi, İcraedici Şuranın sədrinin hesabat məruzəsinin dinlənilməsi, APA-nın Baş katibinin çxışı, 2024-cü il üçün APA-nın vitse-prezidentlərinin seçilməsi və təsdiq edilməsi, Assambleyanın 14-cü plenar sesiyasının gündəliyinin təsdiqlənməsi kimi məsələlər daxildir.

İclasda, həmçinin APA-nın İqtisadi və davamlı inkişaf, Büdcə və planlaşdırma, Sosial və mədəni məsələləs və Siyasi məsələlər üzrə daimi komitələrinin tərkibləri təsdiqlənəcək.

Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə, sosial və mədəni sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlər müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.

Sessiyanın sonunda Bakı Bəyannaməsi və APA-nın yekun hesabatı qəbul ediləcək.

Plenar sessiya öz işini fevralın 24-də başa çatdıracaq.

Xatırladaq ki, 2023-cü ilin noyabrında APA-nın İcraedici Şurasının Türkiyənin Antalya şəhərində keçirilən iclasında Azərbaycan qurumun 2024-2025-ci illər üzrə sədri seçilib.

Son xəbərlər

Orphus sistemi