Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Finlandiya Respublikasının xarici işlər naziri Elina Valtonen ilə görüşüb.
Bu barədə “Report”a Azərbaycan XİN-dən bildirilib.
Görüş zamanı Azərbaycan ilə Finlandiya arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq əlaqələri, o cümlədən Finlandiyanın 2025-ci il ATƏT sədrliyindən irəli gələn məsələlər, habelə regional məsələlər barədə fikir mübadiləsi aparılıb.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının əməkdaşlıq üçün əlavə imkanlar yarada biləcəyi diqqətə çatdırılıb.
Postmünaqişə dövründə bölgəmizdə mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin gedişatı barədə qarşı tərəf ətraflı məlumatlandırılıb. Ermənistan qanunvericiliyində Azərbaycana qarşı davam edən ərazi iddialarının, habelə bu ölkənin sürətlə silahlanmasının bölgədə dayanıqlı sülh quruculuğu prosesinə təhdid törədən əsas amillər olduğu vurğulanıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində finlandiyalı həmkarı Elina Valtonen ilə siyasi, iqtisadi və humanitar məsələləri ətrafında fikir mübadiləsi aparıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın xarici siyasət idarəsinin mətbuat xidməti
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT BA-nın 79-cu sessiyası çərçivəsində Finlandiya xarici işlər naziri Elina Valtonenlə görüşü olub. [Görüşdə] siyasi, iqtisadi və humanitar sahələrdəki Azərbaycan – Finlandiya münasibətləri müzakirə olunub”, – paylaşımda diqqətə çatdırılıb.