Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycanda yaşayan Rusiya vətəndaşları bu gün Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə səs verirlər.
"Report" xəbər verir ki, Rusiya Federasiyasının dünyanın 145 ölkəsindəki diplomatik missiyasında 371 seçki məntəqəsi yaradılıb.
Rusiya Federasiyasının Azərbaycandakı səfirliyindəki seçki məntəqəsində səfir Vladimir Doroxin də səs verib.
Səfir səsvermələrin keçirilməsində və Rusiya səfirliyində seçkilərin təhlükəsizliyin təmin olunmasında göstərdiyi köməyə görə Azərbaycan hökumətinə təşəkkür edib.
Qeyd edək ki, Azərbaycanda daimi yaşayan və ya bura müvəqqəti gələn Rusiya vətəndaşları Bakıxanov küçəsində, səfirliyin Bakıdakı konsul bölməsinin binasındakı 8017 saylı seçki məntəqəsindəki səsvermədə iştirak edə bilərlər.
Seçki məntəqəsi saat 8.00-dan 20:00-dək fəaliyyət göstərəcək.