Ukrayna icmasının ən fəal nümayəndələri Taras Şevçenkonun anadan olmasının 207-ci ildönümünü qeyd etmək, Ukrayna səfiri Vladislav Kanevski ilə görüşmək və icmanın cari fəaliyyətinin aktual istiqamətlərini müzakirə etmək bir araya gəliblər.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
"Tədbir iştirakçılarını salamlayan Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri V.Kanevski qeyd edib ki, qadınlar ilin bu vaxtında daha aktivdirlər, buna görə bəşəriyyətin gözəl yarısını bahar bayramı münasibətilə təbrik etmək və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün daha bir fürsət yaranır.
Tam 1 il əvvəl bu gün Ukraynanın Azərbaycandakı səfirliyi ilə Ukrayna icması arasında bir Memorandumun imzalanması simvolikdir. Buna görə də bahar bayramı fəaliyyətin yekunlarının çıxarılması və mart-aprel ayları üzrə perspektivli layihələrin müzakirə olunması üçün qadın biznes klubunun və Ukrayna icmasının fəal olan qadın hissəsinin iclası formatında davam etdirilib", - məlumatda qeyd olunub.