Azərbaycan və Venesuela XİN başçıları COP29 çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və Venesuela XİN başçıları COP29 çərçivəsində əməkdaşlığı müzakirə ediblər Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində venesuelalı həmkarı İvan Xil Pinto ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib.
Xarici siyasət
29 Sentyabr , 2024 07:52
Azərbaycan və Venesuela XİN başçıları COP29 çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində venesuelalı həmkarı İvan Xil Pinto ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın xarici siyasət idarəsinin mətbuat xidməti bildirib.

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Venesuelanın xarici işlər naziri İvan Xil Pinto Azərbaycan və Venesuela arasında müxtəlif sahələrdə ikitərəfli və çoxtərəfli münasibətləri, o cümlədən COP29 çərçivəsində əməkdaşlığı müzakirə etmək üçün BMT Baş Assambleyası çərçivəsində görüşüblər”, – XİN-in sosial şəbəkə hesabında qeyd olunub.

Xatırladaq ki, xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində belaruslu həmkarı Maksim Rıjenkov ilə görüşüb.

Son xəbərlər

Orphus sistemi