Azərbaycan və Sudan XİN-ləri arasında əməkdaşlıq protokolu təsdiqlənib
- 04 may, 2015
- 14:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 may. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Sudan Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokolun təsdiq edilməsi barədə fərman imzalayıb.
"Report" xəbər verir ki, fərmanla Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Sudan Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında 2015-ci il martın 18-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilib.
Azərbaycan Xarici İşlər Nazirliyinə Protokolun müddəalarının həyata keçirilməsini təmin etmək və Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Sudan Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.