Azərbaycan və Misir Hökumətlərarası Müştərək Komissiyasının iclasının gündəliyi açıqlanıb 

Azərbaycan və Misir Hökumətlərarası Müştərək Komissiyasının iclasının gündəliyi açıqlanıb  Azərbaycan və Misir Hökumətlərarası Müştərək Komissiyasının 2024-cü ildə keçiriləcək növbəti iclasında ölkələr arasında ticarət və investisiya imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunacaq.
Biznes
25 İyul , 2023 20:29
Azərbaycan və Misir Hökumətlərarası Müştərək Komissiyasının iclasının gündəliyi açıqlanıb 

Azərbaycan və Misir Hökumətlərarası Müştərək Komissiyasının 2024-cü ildə keçiriləcək növbəti iclasında ölkələr arasında ticarət və investisiya imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunacaq.

"Report" xəbər verir ki, bunu Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda Misir Ərəb Respublikasının milli bayramı - İnqilab günü münasibətilə keçirilən tədbirdə bildirilib.

Onun sözlərinə görə, gündəliyə kənd təsərrüfatı, təhsil, mədəniyyət, enerji və səhiyyə sahələrində əməkdaşlıq məsələləri də daxil ediləcək: "Biz ölkələrimiz arasında İKT və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsini də müzakirə edəcəyik".

"Ötən il iki ölkənin biznes nümayəndələrinin iştirakı ilə Azərbaycan-Misir biznes forumu təşkil olunub. Bu cür təşəbbüslər ölkələrimiz arasında iqtisadi əməkdaşlığı gücləndirir. Bu il iki ölkə arasında ticarət dövriyyəsi ötən illə müqayisədə 10 faiz artıb", - nazir deyib.

Son xəbərlər

Orphus sistemi