Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib
Xarici siyasət
- 27 sentyabr, 2024
- 17:27
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində BMT Baş katibinin müavini və ən az inkişaf etmiş ölkələr, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətləri üzrə ali nümayəndəsi Rabab Fatimə ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.
Tərəflər Azərbaycanın COP29-a sədrliyi çərçivəsində BMT ilə əməkdaşlığını müzakirə edib.
Görüşdə Azərbaycanın COP29-a sədrliyi ilə az inkişaf etmiş ölkələrin, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqtisadi, sosial, mədəni və humanitar problemlərinin həllinin təşviqinə yönəlmiş təşəbbüsləri qeyd olunub.
Son xəbərlər
10:13
Bakıda ilk dəfə D-8 Gənclər Dialoqu keçirilir
Xarici siyasət10:12
"S&P": Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2025-ci ildə ÜDM-in 3,9 %-ni təşkil edəcək
Maliyyə10:09
"Bavariya"nın hücumçusunun cəzasının müddəti azaldılıb
Futbol09:52
Azərbaycan neftinin qiyməti 67 dollara yaxınlaşır
Energetika09:44
"S&P" 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Energetika09:11
Azərbaycan Premyer Liqası: "Qarabağ" səfərdə "Zirə" ilə üz-üzə gələcək
Futbol09:09
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.12.2025)
Maliyyə09:00
"Zirə" -"Qarabağ" və "Sabah" - "Neftçi" matçına təyinatlar açıqlanıb
Futbol08:56