Azərbaycan və Aktobe vilayəti birgə layihələrin həyata keçirilməsini müzakirə edib

Xarici siyasət
  • 05 dekabr, 2025
  • 14:39
Azərbaycan və Aktobe vilayəti birgə layihələrin həyata keçirilməsini müzakirə edib

Azərbaycan və Qazaxıstanın Aktobe vilayəti arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

"Report"un Qazaxıstan bürosunun məlumatına görə, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov "AQTOBE INVESTMENT FORUM – 2025" Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Aktobe vilayətinin akimi Asxat Şaxarovla işgüzar görüş keçirib.

Azərbaycanın Qazaxıstandakı diplomatik nümayəndəliyindən verilən məlumata görə, tərəflər ticarət, investisiya və sənaye sektorunda yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər. Xüsusilə emal, logistika və infrastrukturun inkişafı sahələrində birgə layihələrin genişləndirilməsi üçün potensialın mövcudluğu diqqətə çatdırılıb.

Regionun akimi Aktobe vilayətinin Azərbaycan investorları üçün açıq olduğunu və birgə istehsal meydançalarının yaradılmasında, eləcə də ixrac həcmlərinin artırılmasında maraqlı olduğunu vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti