Makron: Fransa Çinlə əlaqələri gücləndirməyə hazırdır
- 05 dekabr, 2025
- 17:16
Fransa beynəlxalq vəziyyətin sürətlə dəyişdiyi və tamamilə qeyri-müəyyən olduğu bir dövrdə Çinlə əlaqələri gücləndirməyə hazırdır.
"Report" "Xinhua" agentliyinə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Çinin sədri Si Cinpinlə Çinin cənub-qərbində yerləşən Siçuan əyalətinin inzibati mərkəzi Çendu şəhərində görüşdə deyib.
"Biz konfliktlərin həlli ilə bağlı Çinlə dialoq və məsləhətləşmələr aparmağa və dünyada sülh və sabitliyin qorunması üçün birgə işləməyə hazırıq", - E.Makron vurğulayıb.
Çin lideri bildirib ki, Çin və Fransa dialoq və əməkdaşlıq vasitəsi ilə dünyada sülh, sabitlik və insanlığın irəliləyişi işinə böyük töhfə verə bilərlər.
Qeyd olunur ki, Makronun səfəri zamanı Çin və Fransa qlobal idarəçiliyin gücləndirilməsi, qlobal iqlim və ekoloji problemlərin həlli, nüvə enerjisinin sülh məqsədli istifadəsi sahəsində əməkdaşlığın davamlı təşviqi, kənd təsərrüfatı və ərzaq sahəsində mübadilə və əməkdaşlıq, eləcə də Ukrayna və Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanatlarla çıxış ediblər.