Azərbaycan-Türkiyə-Gürcüstan Parlament Assambleyası yaradılır

Azərbaycan-Türkiyə-Gürcüstan Parlament Assambleyası yaradılır Azərbaycan-Türkiyə-Gürcüstan Parlament Assambleyası yaradılır.
Xarici siyasət
24 May , 2022 11:41
Azərbaycan-Türkiyə-Gürcüstan Parlament Assambleyası yaradılır

Azərbaycan-Türkiyə-Gürcüstan Parlament Assambleyası yaradılır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze bildirib.

Onun sözlərinə görə, bununla bağlı qərar Bakıda keçirilən görüşlərdə qəbul olunub. “Gürcüstan-Türkiyə-Azərbaycan Parlament Assambleyasının yaradılması üzərində işləmək üçün mühüm qərar qəbul etdik. Bu, parlamentlər arasındakı əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəldəcək. Assambleyanın yaradılması parlamentlərin xarici əlaqələr komitələrinin əmədakşlıq formatının nəticəsi olacaq, lakin bizim format paralel olaraq fəaliyyətini davam etdirəcək”.

N.Samxaradze deyib ki, xarici əlaqələr komitələrinin rəhbərlərinin növbəti illik toplantısının gələn ilin yazında Gürcüstanda keçirilməsi planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi