Azərbaycan səfirliyi Hyustonda səyyar konsulluq xidməti təşkil edəcək

Xarici siyasət
  • 12 mart, 2024
  • 12:47
Azərbaycan səfirliyi Hyustonda səyyar konsulluq xidməti təşkil edəcək

Martın 17-də ABŞ-nin Hyuston şəhərində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi üçün səyyar konsulluq xidməti təşkil olunacaq.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyinin "X" hesabında məlumat paylaşılıb.

Bildirilib ki, tələb olunan sənədlərə dair ətraflı məlumat səfirliyin rəsmi internet saytının müvafiq bölməsindən əldə oluna bilər.

44 filmi