Azərbaycan səfiri ÜVF nümayəndə heyəti ilə görüşüb

Azərbaycan səfiri ÜVF nümayəndə heyəti ilə görüşüb Azərbaycan səfiri ÜVF nümayəndə heyəti ilə görüşüb
Xarici siyasət
27 fevral 2025 21:49
Azərbaycan səfiri ÜVF nümayəndə heyəti ilə görüşüb

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev tərkibinə Rusiya Federasiyası İctimai Palatasının və QHT-lərin nümayəndələrinin daxil olduğu və Avropa Müsəlman Forumunun prezidenti Əbdül-Vahid Niyazovun başçılıq etdiyi “Rusiyanın gücü millətlərin birliyindədir” Ümumrusiya Vətənpərvərlik Forumunun (ÜVF) təşkilat komitəsinin nümayəndə heyətini qəbul edib.

Bu barədə “Report”un Rusiya bürosuna Azərbaycanın Moskvadakı diplomatik nümayəndəliyindən məlumat verilib.

“Görüşdə Azərbaycan-Rusiya əlaqələrinin inkişafı məsələləri və Rusiyadakı dini və etnik icmaların dövlətlərarası dialoqun gücləndirilməsindəki rolu müzakirə edilib”, - məlumatda deyilir.

Bu kontekstdə iki ölkə arasında müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsində nüfuzlu ictimai təşkilat kimi xalq diplomatiyasının və ÜVF-nin mühüm rolu vurğulanıb.

Son xəbərlər

Orphus sistemi