Azərbaycan səfiri latviyalı deputatlarla ikitərəfli əməkdaşlığı müzakirə edib

Azərbaycan səfiri latviyalı deputatlarla ikitərəfli əməkdaşlığı müzakirə edib Dekabrın 17-də Azərbaycanın Riqadakı səfiri Elnur Sultanov Latviya Seyminin (parlament) Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupu ilə parlamentlərarası dialoqun mövcud vəziyyətini müzakirə edib.
Xarici siyasət
18 Dekabr , 2024 23:21
Azərbaycan səfiri latviyalı deputatlarla ikitərəfli əməkdaşlığı müzakirə edib

Dekabrın 17-də Azərbaycanın Riqadakı səfiri Elnur Sultanov Latviya Seyminin (parlament) Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupu ilə parlamentlərarası dialoqun mövcud vəziyyətini müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə səfirliyin mətbuat xidməti bildirib.

“17 dekabrda səfir Elnur Sultanov Latviyanın Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun üzvləri ilə görüşüb”, – mətbuat xidmətinin sosial şəbəkə hesabında qeyd olunub.

Məlumata görə, tərəflər Azərbaycan – Latviya ikitərəfli və çoxtərəfli əməkdaşlığının, o cümlədən parlamentlərarası dialoqun mövcud vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, oktyabrın 31-də Azərbaycanın Latviyadakı Elnur Sultanov Baltikyanı ölkənin iqtisadiyyat naziri Viktors Valaynislə iki ölkənin ticari-iqtisadi əməkdaşlığının hazırkı vəziyyətini və perspektivlərini müzakirə etmişdi.

Son xəbərlər

Orphus sistemi