“Sözçülərimiz və onların ofisləri arasında mövcud əməkdaşlığı sürətləndirmək barədə razılığa gəldik”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə bu ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü və ictimai diplomatiya mərkəzinin sədri Naser Kənani ilə görüşündən sonra tviterdə yazıb.
Onun sözlərinə görə, görüşdə hər iki ölkənin kütləvi informasiya vasitələrinin Azərbaycan-İran ikitərəfli əlaqələrinin daha da möhkəmləndirilməsində müsbət rol oynaya və dəstək verə biləcəyi bir daha vurğulanıb.
Azərbaycanın İrandakı səfiri Əli Əlizadə bu ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü və ictimai diplomatiya mərkəzinin sədri Naser Kənani ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyi məlumat yayıb.
Tərəflərin hansı məsələləri müzakirə etdiyi barədə məlumat verilməyib.