Azərbaycan səfiri İordaniyanın Sənaye Nazirliyinin baş katibi ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Xarici siyasət
  • 18 iyul, 2024
  • 23:29
Azərbaycan səfiri İordaniyanın Sənaye Nazirliyinin baş katibi ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycanın İordaniyadakı səfiri Eldar Səlimov krallığın Sənaye, Ticarət və Təchizat Nazirliyinin baş katibi Dana Əl-Zubi ilə əməkdaşlıq məsələlərini müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə məlumat diplomatik missiyanın sosial şəbəkə hesabında yer alıb.

“İordaniyanın Sənaye, Ticarət və Təchizat Nazirliyinin baş katibi Dana Əl-Zubi ilə xoş görüşüm oldu. Azərbaycan və İordaniya arasında əməkdaşlıq məsələləri müzakirə olunub”, – diplomatik korpusun mətbuat xidməti səfirdən sitat gətirib.

Görüşün təfərrüatları açıqlanmayıb.

44 filmi