Azərbaycan Prezidenti İlham Əliyev Pakistanda dövlət səfərindədir
Xarici siyasət
- 11 iyul, 2024
- 09:48
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Pakistan İslam Respublikasına dövlət səfərinə gəlib.
"Report" xəbər verir ki, Azərbaycan Prezidentinə xüsusi hörmət əlaməti olaraq dövlətimizin başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentinin şərəfinə toplardan yaylım atəşi açıldı.
Prezident İlham Əliyevi Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif qarşıladı.
Sonra Azərbaycan Prezidenti və Pakistanın Baş naziri görüşdülər.
Son xəbərlər
21:34
Şavkat Mirziyoyev yüzlərlə insanı əfv edib
Digər ölkələr21:24
ABŞ Misir və İsrail liderlərini barışdırmaq istəyir
Digər ölkələr21:06
D-8 Bakı Gənclər Bəyanatı qəbul olunub
Xarici siyasət20:57
Foto
Video
Biləsuvarda bir nəfərə məxsus iki evdə yanğın olub
Hadisə20:28
İsrail Prezidenti Netanyahuya güzəşətə getmək fikrində deyil
Digər ölkələr20:12
Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb
Komanda19:45
Foto
Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb - Yenilənib
Xarici siyasət19:32
Foto
Emin Əmrullayev Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adı ilə təltif olunub
Elm və təhsil19:14