Azərbaycan Prezidenti fransalı və misirli həmkarlarına başsağlığı verib

Azərbaycan Prezidenti fransalı və misirli həmkarlarına başsağlığı verib "Parisdən Qahirəyə uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbərini kədər hissi ilə qarşıladım"
Xarici siyasət
19 May , 2016 16:42
Azərbaycan Prezidenti fransalı və misirli həmkarlarına başsağlığı verib

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezident İlham Əliyev Fransa Respublikasının Prezidenti Fransua Ollanda başsağlığı məktubu göndərib. "Report"un məlumatına görə, məktubda deyilir: 

"Hörmətli cənab Prezident,

Parisdən Qahirəyə uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbərini kədər hissi ilə qarşıladım.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Dövlət başçısı həmçinin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə də başsağlığı məktubu göndərib. Məktubda deyilir: "Hörmətli cənab Prezident, “EgyptAir” şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Son xəbərlər

Orphus sistemi