Azərbaycan Prezidenti: "Ermənistanla sülh sazişi imzalamaq istəyirik"

Azərbaycan Prezidenti: "Ermənistanla sülh sazişi imzalamaq istəyirik" "Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi yolları ilə bağlı qarşılıqlı anlaşma var. Biz Avropa İttifaqı ilə sıx əlaqələrə dair Azərbaycanın planlarını dəstəklədiyinə görə Litvaya, onun hökumətinə, Prezidentinə minnətdarıq. Əlbəttə ki, b
Xarici siyasət
221
18 May , 2022 14:54
Azərbaycan Prezidenti: Ermənistanla sülh sazişi imzalamaq istəyirik
İlham Əliyev

Biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik.

"Report"un xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü zamanı deyib.

Azərbaycan Prezidenti bildirib ki, Gitanas Nauseda ilə geniş tərkibdə görüş zamanı regional vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi geniş müzakirə edilib:

"Bilirəm ki, Azərbaycandan sonra Prezident Ermənistana səfər edəcək. Beləliklə, əminəm ki, bu səfər başa çatandan sonra onda tam təsəvvür formalaşacaq. Amma bizim mövqeyimiz çox açıqdır. Biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik. Biz münasibətləri normallaşdırmaq və düşmənçilik səhifəsini çevirmək istəyirik. Beləliklə, cənab Prezident, nümayəndə heyətlərinin üzvləri arasında müzakirə olunmalı çox məsələlər var", - Prezident vurğulayıb.

Son xəbərlər

Orphus sistemi