​Azərbaycan Prezidenti Avropa İttifaqı komissarının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

​Azərbaycan Prezidenti Avropa İttifaqı komissarının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib Azərbaycanda sərbəst toplaşma azadlığı, media, fikir, internet və digər azadlıqların təmin olunduğu qeyd olunub
Xarici siyasət
8 Aprel , 2015 15:38
​Azərbaycan Prezidenti Avropa İttifaqı komissarının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Bakı. 8 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

“Report”un xəbərinə görə, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin bütün istiqamətlərdə, o cümlədən iqtisadi, enerji, mədəni, turizm və digər sahələrdə inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb, insan haqları məsələləri ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda bu istiqamətdə uğurlu işlərin həyata keçirildiyi bildirilərək ölkədə sərbəst toplaşma azadlığı, media, fikir, internet və digər azadlıqların təmin olunduğu qeyd edilib. Söhbət zamanı bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün də yaxşı imkanların olduğu vurğulanıb.

Son xəbərlər

Orphus sistemi