Azərbaycan Beynəlxalq Əmək Təşkilatının daha dörd konvensiyasını ratifikasiya edə bilər
- 05 dekabr, 2025
- 11:43
Azərbaycan Beynəlxalq Əmək Təşkilatının daha dörd konvensiyasını ratifikasiya edə bilər.
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycan bu günədək isə Beynəlxalq Əmək Təşkilatının ümumilikdə 59 Konvensiyası və 1 Protokolunu ratifikasiya edib:
"Hazırda Beynəlxalq Əmək Təşkilatının daha dörd konvensiyasının ratifikasiyası imkanlarını araşdırırıq".
Nazir həmçinin bildirib ki, əmək münasibətləri sahəsində işçilərin əmək və sosial hüquqlarının qurunması, layiqli əməyin və təhlükəsizliyinin təmin edilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması əsas prioritetlərdəndir.