Azərbaycan-Albaniya əməkdaşlığının perspektivli sahələri müzakirə edilib - YENİLƏNİB

Azərbaycan-Albaniya əməkdaşlığının perspektivli sahələri müzakirə edilib - YENİLƏNİB Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində İgli Hasani ilə görüşüb.
Xarici siyasət
27 Sentyabr , 2024 03:35
Azərbaycan-Albaniya əməkdaşlığının perspektivli sahələri müzakirə edilib - YENİLƏNİB

BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Albaniya Respublikasının Avropa və xarici işlər naziri İqli Hasani ilə görüşüb.

Bu barədə "Report"a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan və Albaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə cari regional vəziyyət müzakirə olunub.

İki ölkənin dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlığa əsaslanan münasibətlərinin siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəniyyət, təhsil və digər ölçülər üzrə gücləndirilməsi istiqamətində birgə səylərin göstərilməsinin əhəmiyyəti qeyd olunub.

Energetika sahəsində əməkdaşlığın ikitərəfli iqtisadi əlaqələrin əsas hərəkətverici qüvvəsi olduğu vurğulanıb.

İkitərəfli münasibətlər ilə yanaşı, çoxtərəfli platformalar çərçivəsində mövcud qarşılıqlı faydalı əməkdaşlığın, qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan fəaliyyətin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Qarşı tərəf həmçinin, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyinin irəlilədilməsi istiqamətində göstərilən səylər barədə ətraflı məlumatlandırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

03:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Albaniya Respublikasının Avropa və xarici işlər naziri İqli Hasani ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə C.Bayramov “X”dəki hesabında bildirib.

O, qeyd edib ki, albaniyalı həmkarı ilə səmərəli fikir mübadiləsi aparıb.

Nazir qeyd edib ki, görüşdə çoxşaxəli əməkdaşlığının perspektivli sahələrini hərtərəfli müzakirə etmək imkanı olub. C.Bayramov həmkarına regionda münaqişədən sonrakı vəziyyət, regionda sülh və normallaşma gündəliyi barədə məlumat verib.

Son xəbərlər

Orphus sistemi