Ötən il Almaniya 677 Azərbaycan vətəndaşına sığınacaq verməkdən imtina edib

Ötən il Almaniya 677 Azərbaycan vətəndaşına sığınacaq verməkdən imtina edib Ötən il 1438 Azərbaycan Respublikası vətəndaşı Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyib.
Xarici siyasət
5 Yanvar , 2024 11:49
Ötən il Almaniya 677 Azərbaycan vətəndaşına sığınacaq verməkdən imtina edib

Ötən il 1438 nəfər Azərbaycan vətəndaşı Almaniyaya gedərək rəsmi Berlindən sığınacaq istəyib.

Bu barədə “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirilib.

Qeyd olunub ki, keçən il ümumilikdə 1222 Azərbaycan vətəndaşının müraciətinə baxılıb. Onlardan yalnız 53-ü qaçqın kimi tanınaraq, Almaniyada yaşamaq icazəsi alıb. 6 nəfərin deportasiya qərarı ləğv edilib, 10 nəfər isə ailə birləşməsi əsasında yaşamaq icazəsi əldə edib.

Federal idarədən bildirilib ki, ötən il 667 Azərbaycan vətəndaşının qaçqın statusu ilə bağlı ərizəsinə mənfi cavab verilib. Onlara ölkəni könüllü tərk etmələri ilə bağlı müraciət olunub. Bəziləri isə edilən xəbərdarlığa baxmayaraq Almaniyada qanunsuz şəkildə yaşayıblar. Həmin şəxslərin işləri yerli inzibati məhkəmələrə göndərilib.

BAMF-nin məlumatına görə, 2023-cü ildə ümumilikdə 325 801 nəfər Almaniyaya gələrək sığınacaq üçün müraciət edib. 2022-ci ilin eyni dövrü ilə müqayisədə bu, 60,3 faiz artım deməkdir. 2023-cü ildə ilkin müraciətlərin 21 287-si Almaniyada bir yaşa qədər doğulmuş uşaqlara aid olub.

Son xəbərlər

Orphus sistemi