Aİ-nin Azərbaycandakı səfirləri münaqişənin ildönümündə Ukraynaya dəstəklərini bildiriblər

Aİ-nin Azərbaycandakı səfirləri münaqişənin ildönümündə Ukraynaya dəstəklərini bildiriblər Avropa İttifaqı (Aİ) ölkələrinin Azərbaycandakı səfirləri Rusiya ilə müharibənin başlanmasının ikinci ildönümündə Ukraynaya dəstəklərini bildiriblər.
Xarici siyasət
24 Fevral , 2024 10:57
Aİ-nin Azərbaycandakı səfirləri münaqişənin ildönümündə Ukraynaya dəstəklərini bildiriblər

Avropa İttifaqı (Aİ) ölkələrinin Azərbaycandakı səfirləri Rusiya ilə müharibənin başlanmasının ikinci ildönümündə Ukraynaya dəstəklərini bildiriblər.

“Report” xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko "X" sosial şəbəkəsində yazıb.

“Təşkilatın Azərbaycandakı səfirləri bütün Aİ-nin iki ildir Rusiyanın hərbi təcavüzünün qurbanı olan Ukraynaya sarsılmaz dəstəyini ifadə edirlər”, - o qeyd edib.

Səfir vurğulayıb ki, Aİ Ukraynaya və onun xalqına lazım olduğu müddətcə siyasi, maliyyə, iqtisadi, humanitar, hərbi və diplomatik dəstək göstərməyə davam edəcək.

Son xəbərlər

Orphus sistemi