ABŞ səfirliyi Hidayət Heydərovu Olimpiadada qazandığı qələbə münasibətilə təbrik edib

ABŞ səfirliyi Hidayət Heydərovu Olimpiadada qazandığı qələbə münasibətilə təbrik edib ABŞ-nin Azərbaycandakı səfirliyi cüdoçu Hidayət Heydərovu Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edib.
Xarici siyasət
30 İyul , 2024 13:23
ABŞ səfirliyi Hidayət Heydərovu Olimpiadada qazandığı qələbə münasibətilə təbrik edib

ABŞ-nin Azərbaycandakı səfirliyi cüdoçu Hidayət Heydərovu Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Hidayət Heydərovu qızıl medal qazanması münasibətilə təbrik edirik! Fədakarlıq və zəhmət həqiqətən öz bəhrəsini verdi. Bu möhtəşəm nailiyyətdən zövq alın - bu sizin istedadınızın və əzmkarlığınızın sübutudur. Azərbaycan Komandasını da bu qələbə ilə təbrik edirik - qarşıda daha çox uğurlar və qızıl medallar ümidilə!”, - paylaşımda qeyd edilib.

Xatırladaq ki, azərbaycanlı cüdoçu Hidayət Heydərov ötən gün Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında finalda fransalı rəqibi Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.

Son xəbərlər

Orphus sistemi