Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna zərbə endiriblər

Digər ölkələr
  • 26 noyabr, 2026
  • 20:39
Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna zərbə endiriblər

Səudiyyə Ərəbistanının cənubundakı Cizanda yerləşən neft emalı zavodu (NEZ) Yəmənin "Ənsar Allah" hərəkatının (husilər) zərbəsinə məruz qalıb.

"Report" xəbər verir ki, bu barədə Yəməndə Qanuniliyin Dəstəklənməsi Koalisiyasının rəsmi nümayəndəsi, general-mayor Türki Əl-Maliki "X" sosial şəbəkəsində bildirib.

Bundan əlavə, Əl-Maliki Yəmənin Hodeyda əyalətində ballistik raket buraxılış qurğusunun məhv edildiyini bildirib.

O iddia edib ki, husilər bu qurğudan Cizandakı NEZ-ə zərbə endirmək üçün istifadə ediblər.