“Azərbaycan hökumətinin gender əsaslı zorakılıq sahəsində gördüyü işləri təqdirəlayiq hesab edirik”.
“Report”un xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Lisenberger “Gender əsaslı zorakılıqla mübarizə üzrə ilkin yardım tərəflərinin 1-ci Milli Konfransı”nda çıxış edərkən deyib.
“Qadınlara qarşı zorakılıq onların birbaşa olaraq hüquqlarının pozulması deməkdir. Azərbaycanda təlimlər vasitəsilə gender əsaslı zorakılıq hallarının aradan qalxacağına ümid edirik”, - o bildirib.