ABŞ-nin energetika naziri: Azərbaycanla əməkdaşlıqda yeni mərhələyə qədəm qoymuşuq
Xarici siyasət
- 27 sentyabr, 2025
- 22:52
ABŞ və Azərbaycan arasında Vaşinqtonda imzalanmış ikitərəfli saziş yalnız siyasi və strateji tərəfdaşlıq deyil, həm də enerji sahəsində yeni perspektivlər açıb.
Bunu "Report"un ABŞ bürosuna açıqlamasında ABŞ-nin energetika naziri Kris Rayt bildirib.
"Azərbaycanın böyük enerji ehtiyatları var və hesab edirəm ki, Ermənistan və Azərbaycanı birləşdirə biləcək sərhədin cənubundakı dəhliz vasitəsilə ölkədən Avropaya daha çox təbii qaz çatdırmaq mümkündür. Bu, olduqca əhəmiyyətlidir. Azərbaycanın enerji resurslarının inkişafı və onların dünya bazarlarına, xüsusilə də Rusiyadan yan keçərək Avropa və Qərb bazarlarına çıxarılması, ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün geniş imkanlar yaradır", - nazir vurğulayıb.
Son xəbərlər
01:36
Misirin XİN başçısı: Mayamidə Qəzza üzrə görüş yaxşı keçdi
Digər ölkələr01:07
Fidan: ABŞ-də Türkiyənin Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyini açıqladıq
Region00:42
KİV: İranda yoxsulluq və bərabərsizlik dərinləşir
Region00:17
Şəkidə canavar kəndə hücum edərək sakinlərə xəsarət yetirib
Hadisə00:09
Portuqaliya Ukraynanın Enerji Fonduna dəstək üçün 600 min avro ayıracaq
Digər ölkələr23:55
Zelenski ərazilər haqqında: Durduğumuz yerdə dayanırıq
Digər ölkələr23:49
İsveç Ukraynaya 200 milyon dollar birbaşa büdcə yardımı təqdim edəcək
Digər ölkələr23:41
Uitkoff: Qəzzada nizamlanmanın birinci mərhələsində irəliləyiş müşahidə olunur
Digər ölkələr23:33
Foto