Bakı. 13 aprel. REPORT.AZ/ Aprelin 14-də "Fairmont" otelində Böyük Britaniyanın TMİ Consultancy şirkəti və azərbaycanlı mütəxəssislərin iştirakı ilə turizm biznesinin peşəkarları üçün "B2B Luxury & MICE Workshop" adlı işgüzar görüş keçiriləcək.
"Report" xəbər verir ki, tədbirin iştirakçıları Azərbaycanın qabaqcıl turizm şirkətləri, beynəlxalq otellər şəbəkələri, bir sıra xarici dövlətlərin turizm ofisləri və turoperatorların nümayəndələri olacaq.
Xarici turizm şirkətlərinin Azərbaycan turizm bazarına marağının daima artırılması məqsədilə keçiriləcək "B2B Luxury & MICE Workshop"da iştirak edəcək xarici nümayəndələrin sayı bu il iki dəfə artaraq 40-a çatıb.
Qeyd edək ki, tədbir bu il artıq dördüncü dəfədir keçiriləcək.