Rusiya aviaşirkəti Permdən Bakıya uçuşlara başlayır

Turizm
  • 27 may, 2023
  • 06:28
Rusiya aviaşirkəti Permdən Bakıya uçuşlara başlayır

Rusiyanın “İrAero” aviaşirkəti Permdən Bakıya birbaşa uçuşlara start verir.

“Report” xəbər verir ki, uçuşlar mayın 30-dan başlayacaq.

100 sərnişin tutumuna malik “Superjet” təyyarələri həftədə bir dəfə - çərşənbə axşamı Permdən Bakıya uçacaq.

"Bolşoye Savino" hava limanının cədvəlinə uyğun olaraq, Permdən Bakıya uçuş proqramı oktyabrın 24-dək nəzərdə tutulub.