Burkina-Faso İƏT-in korrupsiya ilə mübarizə orqanlarının görüşünün Bakıda keçirilməsini alqışlayıb
- 28 oktyabr, 2026
- 15:22
Yeniliklərdən dərhal xəbərdar olun!
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin korrupsiya ilə mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşünün Bakıda keçirilməsi dövlətlərin korrupsiyaya qarşı mübarizədə səylərinin birləşdirilməsinə yönəlib.
Bunu Burkina-Fasonun Ali Dövlət Nəzarəti və Korrupsiyaya qarşı Mübarizə Orqanının baş nəzarətçisi Lassane Kompaore "Report"un sualını cavablandırarkən deyib.
"Burkina-Faso hökuməti və nümayəndə heyətimiz adından üçüncü görüşün keçirilməsini alqışlamaq istərdim. Bu təşəbbüs müxtəlif dövlətlərin korrupsiyaya qarşı mübarizədə səylərinin birləşdirilməsinə yönəlib", - o bildirib.
Kompaore xatırladıb ki, birinci görüş Ciddədə, ikinci görüş isə iki il əvvəl Dohada keçirilib.
O, həmçinin tədbirin təşkilinə və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edib.