Bakı. 9 noyabr. REPORT.AZ/ Qazaxıstan Rusiyaya kosmik turizmi inkişaf etdirməyi təklif edib.
"Report" TASS-a istinadən xəbər verir ki, Prezident Nursultan Nazarbayev ölkənin Petropavl şəhərində keçirilən XV Qazaxıstan-Rusiya regionlararası əməkdaşlıq forumunda çıxışı zamanı belə bir fikir səsləndirib.
"Turizmin inkişafı üçün böyük müştərək işlər görülsə də, bəzi məsələlər var ki, müzakirə olunmalıdır. Məsələn, turistlərin daha rahat gedib-gəlməsi üçün sərhədlərimizdəki keçid məntəqələrinin modernləşdirilməsi, turizmlə bağlı nəqliyyat-logistika infrastrukturlarının təkmilləşdirilməsi, birgə səylərimizlə Xəzərdə turizmin inkişaf etdirilməsi, kosmik turizminin bərqərar olunması v s.”, - dövlət başçısı bildirib.
Qeyd edək ki, sözügedən forum “Qazaxıstan və Rusiya turizminin inkişafında yeni meyillər və yanaşmalar” adı altında təşkil olunub.