İƏT rəsmisi: “Halal biznes bazarı MDB regionunda iqtisadi inkişaf üçün böyük imkanlar yaradır”

İƏT rəsmisi: “Halal biznes bazarı MDB regionunda iqtisadi inkişaf üçün böyük imkanlar yaradır” Halal turizm və İslam maliyyə sektorları kimi sənaye sahələrinə xas olan əmək və sosial çağırışları həll etmək məqsədilə biznesmenlər, təhsil müəssisələri və hökumətlərlə sıx əməkdaşlıq edir
Turizm
9 Oktyabr , 2024 13:14
İƏT rəsmisi: “Halal biznes bazarı MDB regionunda iqtisadi inkişaf üçün böyük imkanlar yaradır”

Halal biznes bazarı MDB regionunda iqtisadi inkişaf üçün böyük imkanlar yaradır.

"Report" xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin baş direktoru Azər Bayramov Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib.

"Qlobal halal biznes bazarı təkcə qida istehsalını deyil, həm də turizm, maliyyə, kosmetika və əczaçılıq kimi sektorları əhatə edərək ciddi şəkildə inkişaf edib. Bu, hərtərəfli yanaşma, xüsusilə MDB regionunda innovasiya və iqtisadi inkişaf üçün böyük imkanlar yaradır. Bugünkü tədbir həm mədəni dəyərlərimizə, həm də müasir iqtisadi tələblərə uyğun olan çiçəklənən halal ekosistemini formalaşdırmaqda həlledici rol oynayacaq", - o qeyd edib.

Onun sözlərinə görə, halal sənaye xüsusilə MDB kimi regionlarda təkcə iqtisadi imkanlar deyil, həm də etik biznes təcrübələri üçün bir platforma təmin edir: "Halal iqtisadiyyat üçün bacarıqlı, şəraitə uyğunlaşa bilən, müxtəlif və artan bazarın ehtiyaclarını qarşılaya bilən işçi qüvvəsi tələb olunur. Bu mənada İƏT-in Əmək Mərkəzi MDB regionunda güclü halal ekosisteminin inkişafı üçün mühüm olan halal qida istehsalı, halal turizm və İslam maliyyə sektorları kimi sənaye sahələrinə xas olan əmək və sosial çağırışları həll etmək məqsədilə biznesmenlər, təhsil müəssisələri və hökumətlərlə sıx əməkdaşlıq edir".

Son xəbərlər

Orphus sistemi