Dubayın hotel çimərliklərində COVID-19 pandemiyası dövrünün şərtlərilə istirahət qaydaları açıqlanıb.
“Report” xəbər verir ki, hovuz, spa, sauna, idman salonu, fitnes və uşaq klubu kimi yerlərin hələlik bağlı qaldığı Dubayda “Dubai Tourism”in tətbiq etdiyi qaydalara görə, suda istirahət etmək istəyənlər özəl çimərliyə getmək üçün həmin ərazinin məxsus olduğu hoteldə müştəri olmalıdır. İctimai çimərliklər isə bağlı qalır.
Bütün istirahət yerlərində təmasların daha çox olduğu yerlərdə, məkanların girişində, qəbul otaqlarında, hotel dəhlizlərində, iaşə müəssisələrində, ünsiyyət yerlərində, hovuzlarda, liftlərdə, salonlarda, nəqliyyatda əl yumaq üçün dispenserlər qoyulmalıdır. Yalnız COVID-19-un əlamətlərini göstərməyən şəxslər qaldıqları məkanı tərk edə bilər.
Hotel müştəriləri çimərliyə çıxarkən hərarətləri ölçüləcək, qızdırma və ya hər hansı başqa şübhəli əlamətləri göstərənlər dərhal təcrid ediləcək. Bütün müştərilər, həmçinin hotel işçiləri maska taxmalıdır. Çimərliyə gedərkən şəxsi qətvə götürmək lazımdır. Hoteldə duşdan istifadə edilməyəcək. 10 nəfərdən artıq bir yerə toplaşmağa icazə verilməyəcək. Həmçinin istirahət edənlərin təmassız ödəniş vasitələrindən istifadə edilməsi təşviq ediləcək.