Baliyə giriş pullu olub

Baliyə giriş pullu olub İndoneziya hakimiyyəti bu günündən etibarən Baliyə gələn xarici turistlərdən 150,000 İndoneziya rupisi (təxminən 10 ABŞ dolları - Qeyd) məbləğində əlavə rüsum alacaq.
Turizm
14 Fevral , 2024 06:11
Baliyə giriş pullu olub

İndoneziya hakimiyyəti bu gündən etibarən Baliyə gələn xarici turistlərdən 150,000 İndoneziya rupisi (təxminən 10 ABŞ dolları - Qeyd) məbləğində əlavə rüsum alacaq.

“Report” xəbər verir ki, oxşar tələblər Bali ilə qonşu olan Nusa-Penida, Nusa-Lembonqan və Nusa-Çeninqan kiçik adalarına səyahət üçün də keçərlidir.

İndoneziyanın digər bölgələrindən daxili reyslər və ya bərə ilə gələn turistlər də vergi ödəməlidirlər. Ödəniş uşaqlar da daxil olmaqla, səyahət edənlərin bütün yaş kateqoriyalarına aiddir.

Lakin bir neçə viza kateqoriyası 10 dolardan azaddır. Belə ki, diplomatik, rəsmi nümayəndə heyətlərinin nümayəndələri, ekipaj üzvləri, müvəqqəti və ya daimi yaşayış icazəsi olanlar, ailə birləşməsi vizaları, “qızıl” vizalar, tələbə vizaları və iş vizaları ilə Baliyə daxil olanlar üçün ödəniş tələb olunmur.

Üstəlik, Baliyə səyahət etməzdən əvvəl, sadalanan insanların bütün kateqoriyaları əvvəlcədən vergidən azad olmaq üçün onlayn ərizə təqdim etməlidirlər.

Həmçinin İndoneziya vətəndaşları və İndoneziya ilə yanaşı Bruney, Vyetnam, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tayland və Filippinin də daxil olduğu Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası rüsum ödəməkdən azaddırlar.

Baliyə gələn turistlərin sayını nəzərə alsaq, hakimiyyət hər gün təxminən 180 min dollar qazanacaq.

2023-cü ildə təxminən 11 milyon əcnəbi turist Balini ziyarət edib. 2024-cü ildə səlahiyyətlilər turist axınının daha da artacağını və 14 milyon nəfərə çatacağını proqnozlaşdırırlar.

Rüsumu gəliş yerində - Nqurah Rai Beynəlxalq Hava Limanında və ya Benoa limanında ödəyə bilərsiniz. Bununla belə, İndoneziya hakimiyyəti bunu Love Bali portalı vasitəsilə əvvəlcədən etməyi tövsiyə edir.

Son xəbərlər

Orphus sistemi