Yaxın Şərqdən Azərbaycana turist axını 12 %-ə yaxın artıb

Turizm
  • 01 yanvar, 2026
  • 14:00
Yaxın Şərqdən Azərbaycana turist axını 12 %-ə yaxın artıb

2025-ci ilin yanvar-noyabr aylarında Yaxın Şərq ölkələrindən Azərbaycana 273 116 turist gəlib.

"Report"un əldə etdiyi məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,7 % çoxdur.

11 ay ərzində Yaxın Şərq ölkələri arasında ən çox turist Səudiyyə Ərəbistanından gəlib - 99 196 nəfər. Bu,1 il əvvələ nisbətən 5,7 % çoxdur.

Bundan əlavə, İsraildən - 59 917 (2,2 dəfə çox), BƏƏ-dən - 37 041 (-1,7 %), Küveytdən - 24 566 (-16,7 %), Omandan - 15 774 (-32,6 %), İordaniyadan - 9 745 (+49,6 %) Misirdən - 7 338 (-3,7 %), İraqdan - 6 631 (+29,8 %), Bəhreyndən – 4 717 (-13,9 %), Yəməndən - 2 854 (-6,3 %), Qətərdən – 2 434 (-18,3 %), Livandan – 1 270 (-2,1 %), Fələstindən – 1 257 (+ 10,4 %), və Suriyadan nəfər 376 (-5,8 %) turist gəlib.

Xatırladaq ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 189 ölkədən 2 milyon 364 min nəfər və yaxud 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Son xəbərlər

Bütün Xəbər Lenti