Azərbaycana turist axını 2 dəfədən çox artıb

Azərbaycana turist axını 2 dəfədən çox artıb Bu ilin yanvar-fevral aylarında Azərbaycana 138 ölkədən 150,4 min nəfər və yaxud ötən ilin eyni dövrünə nisbətən 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Turizm
18 Mart , 2022 16:30
Azərbaycana turist axını 2 dəfədən çox artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 138 ölkədən 150,4 min nəfər və yaxud ötən ilin eyni dövrünə nisbətən 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Gələnlərin 33,1 %-i Rusiya, 24,3 %-i Türkiyə, 13,1 %-i İran, 5,8 %-i Gürcüstan, 3,4 %-i Səudiyyə Ərəbistanı, 2,6 %-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 2,1 %-i Ukrayna, 1,9 %-i Küveyt, 1,2 %-i Böyük Britaniya, 1,1 %-i Qazaxıstan, hər birindən 0,9 % olmaqla Hindistan və Oman, hər birindən 0,7 % olmaqla Almaniya və Pakistan, 0,6 %-i ABŞ, hər birindən 0,5 % olmaqla Belarus və İsrail, 6,6 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 81,0 %-ni kişilər, 19 %-ni qadınlar təşkil edib.

Son 1 ildə Omandan gələnlərin sayı 658 dəfə, Səudiyyə Ərəbistanından 460,7 dəfə, Küveytdən 200,6 dəfə, BƏƏ-dən 54,2 dəfə, Bəhreyndən 36,3 dəfə, İsraildən 11 dəfə, Pakistandan 9,7 dəfə, Hindistandan 9,2 dəfə, ABŞ-dan 4,3 dəfə, Fransadan 3,5 dəfə, Qazaxıstandan 3,1 dəfə, Rusiyadan 2,1 dəfə, Böyük Britaniyadan 2 dəfə, Ukraynadan 1,8 dəfə, İrandan 1,8 dəfə, Türkiyədən 1,8 dəfə, Gürcüstandan isə 1,2 dəfə artıb. Bundan başqa, körfəz ölkələrindən gələnlərin sayı 3,1 dəfə artaraq 33,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 2 dəfə artaraq 56,7 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,3 dəfə artaraq 6,5 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 43,3%-i dəmir yolu və avtomobil, 54,8%-i hava, 1,9%-i isə dəniz nəqliyyatından istifadə edib.

Son xəbərlər

Orphus sistemi